Cümə , Aprel 19 2024
azfa

Təbriz bazarından ermənilərin Gəncə cinayətinə etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərinin bazarında mağaza sahibləri ermənilərin Gəncədə törətdikləri cinayətə cinayət etiraz olaraq sabah bazarı tətil edəcəklər.

Sosial şəbəkələrdə posterlə məlumat yayan Təbriz əhalisi və bazarın dükan sahibləri qeyd ediblər ki, Quzey Azərbaycanda şəhid olan sivil qardaş və bacılarına matəm saxlamaq əlaməti olaraq sabah Təbriz bazarında heç bir mağaza işləməyəcək.

Sabah həmçinin ermənipərəst və antiislam Xamenei rejiminin işğalçı Ermənistanı Azərbaycan müsəlmanlarını qətliam etmək üçün silah-sursatla təminə etməsinə etiraz olaraq Güney Azərbaycanın bütün şəhərlərində azərbaycanlılar etiraz yürüşləri keçirəcəklər. Onlar İrandan Ermənistana Nurduz Gömrük Məntəqəsinin bağlanmasını tələb edirlər.

Etirazlar bütün Güney Azərbaycanda yerli vaxtla saat 17:00-da keçiriləcək.

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın