Şənbə , Aprel 20 2024
azfa

Təbriz Universitetinin kitabxanasında türkcə kitablara xüsusi bölmə ayrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Universitetində türkcə kitablara xüsusi bölmə ayrılıb.

Hələlik bu bölmənin rəflərinə düzülmüş kitabların sayı çox azdır. Lakin türk tarixi, dili və ədəbiyyatı ilə məşğul olan araşdırmaçı alimlər bu qərarı irəliyə doğru atılan addım kimi qiymətləndirirlər.

Kitabxanadakı türkcə kitabların əksəri şeir, bədii ədəbiyyat, dilçilik və türk dili mövzusundadır.

Kitabxanada Azərbaycan ədəbiyyat tarixinə aid bir bölmə, Sələbiyyə, Azərbaycan dilinin leksikası, Divan Hafizin türkcə tərcümələri, Müqayisə tüllüğəteyn, Klassik Türk Şairlərin divanı və başqa kitablar mövcuddur.

Həmçinin türk kitabları bölməsindədə latin əlifası ilə yazılan kitablar üçün də bir rəf nəzərdə tutulub. Həmin rəfdə Türkiyə və Şimali Azərbaycan şairinin əsərlərinə aid bir neçə kitab mövcuddur.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın