Təbriz və Urmiyada azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə pusterlər yapışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar rirqçi fars ejimin zindanlarında həbsdə olan azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə çox sayda pusterlər hazırlayaraq yayıb və divarlara yapışdırmışlar.

Hazırlanıb yayılan pusterlərdə azərbaycanlı siyasi məhbuslar dr. Lətif Həsəni, Abbas Lisani, İbrahim Nuri, Siyamək Mirzai, Cəmal Musəvi, Əmir Səttari və Əmin Zendedelin şəkilləri əks etdirilib və bütün azərbaycanlı siyasi məhbuslara azadlıq tələb edilib.

Azərbaycanlı milli-mədəni fəallar son aylarda bir neçə dəfə pusterlər yaymaqla azərbaycanlı siyasi məhbusların azad edilməsini tələb etmişlər.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın