Təbrizdə rejimin əlaltıları Yanğınsöndürmə Xidmətinin əməkdaşlarına simsiz rabitədə türkcə danışmağı qadağan etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdəki əlaltıları, o cümlədən Təbrizin manqurd bələdiyyə başçısı məktub göndərərək Yanğınsöndürmə Xidmətinin işçilərinə simsiz rabitədə bütün danışıqların farsca olmasını göstəriş verib.

Bu məsələnin son illərdə rejimin Təbrizə təyin etdikləri paniranist və Antiazərbaycan bələdiyyə başçısı İrəc Şəhin Bahirin fəaliyyəti ilə bağlı olduğu bildirilir.

Təbrizin bələdiyyə başçısı İrəc Şəhin Bahirin 2018-ci ildə Təbrizdə yaşamayan və bu vaxta kimi önəmli vəzifələrdə çalışmayan banəli bir kürdü öz müşaviri təyin etməsi yerli mətbuat və sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olmuşdur.

Etirazlardan sonra, Şəhin Bahir açıq şəkildə PKK və Pejak terror qruplaşmalarının ideyalarını dəstəkləyən həmin banəli kürd Bəxtiyar İzzətpənahı istefaya göndərməyə məcbur olmuşdur.

Rejimin əlaltısı olan Bahir bir müddət öncə isə Azərbaycana düşmən mövqedə dayanan panfarsist İsfəndiyar Qarabaği adlı şəxsi incəsənət və mədəniyyət işləri üzrə Təbriz bələdiyyə sədrinin müşaviri vəzifəsinə təyin edib. Türkcə danışmağın yasaqlanması qərarının belə rasistlər t6ərəfindən verildiyi söylənilir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın