Təbrizin Eynalı dağında Babəkin büstü yonuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərinin Eynalı dağında Azərbaycanın milli qəhrəmanı Babək Xürrəmdinin büstü yonuldu.

Büstü Təbriz sakini olan iki azərbaycanlı gənc sənətkar qayalıq üzərində yonmuşlar. Həmin gənclər Azərbaycanın tarixi şəxsiyyətlərinin büstünü yonurlar. Onlar bu dəfə də Eynalı dağında qayalıq üzərində Babək Xürrəmdinin büstünü younblar.

Qeyd edək ki, Eynalı dağı Təbrizdə əhalinin gəzinti və istirahət bölgəsidir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın