Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Taksi sürücülərinin etriazından sonra Urmiyada gediş haqqı 34 faiz artdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində taksi sürücülərinin etriazından sonra bu şəhərdə gediş haqqı 34 faiz artıb.

Urmiya Bələdiyyəsinin saytında bu barədə məlumat yayılıb.

Taksi sürücülərinin gediş haqqı və s. problemlərlə bağlı etirazından sonra bu barədə şəhərin bələdiyyə başçısı Məhəmməd Həzrətpur açıqlama verib.

Məhəmməd Həzrətpur deyib: “Taksilərin gediş haqqının 20 faizdən çox artırılması düzgün olmasa da, sürücülərin ağır iqtisadi vəziyyətini nəzərə alaraq gediş haqlarının 34 faizədək artırılması təklif olunub. Ümid edirəm ki, şəhər əhalisi yeni qiymətləri normal qarşılayıb, bunu sürücülərə dəstək kimi qiymətləndirəcəklər. Bu addım taksi sürücülərinin daha yaxşı xidmət göstərəcəyinə səbəb olacaq.”.

Qeyd edək ki, dünən Urmiyada taksi sürücüləri etiraz və tətilə başlamışdılar. Bu səbəbdən gediş haqları artırılıb.

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Bir cavab yazın