Çərşənbə , Aprel 24 2024
azfa

Tanınmış azərbaycanlı fəal Abbas Lisani məhkəmə iclasından sonra həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Abbas Lisani bu gün 2019-cu il yanvarın 15-də Təbrizdə məhkəmə iclası bitdikdən sonra mülki geyimli məmurlar tərəfindən həbs edilib.

Azərbaycanlı fəalın rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində məhkəmə iclası keçirilib və o özünü müdafiə üçün hazırladğı Azərbaycan türkcəsində mətni məhkəməyə təqdim edib.

Məhkəmə iclası bitdikdən sonra rejimin mülki geyimli məmurları azərbaycanlı fəalın məhkəmə binasından çıxmasına mane olub və onu həbs etmişlər.

Abbas Lisanini müşayiət edən təbrizli fəalların bildirdiyinə görə, o məhkəmə iclasından sonra ETTELAAT məmurları tərəfindən prokurorluğa aparılıb və fəallardan oranı tərk edib Abbas bəyi gözləməmələri tələb edilib.

Hələlik fəalın vəziyyəti barədə dəqiq məlumat yoxdur. Abbas bəyi müşayiət edən fəallar ehtimal edir ki, rejimin təhlükəsizlik qüvvələri Abbas Lisani ilə təbrizli fəallar arasında görüş imkanı olmaması üçün onu yaxalayıblar.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın