Şənbə , Aprel 20 2024
azfa

Tanınmış azərbaycanlı fəal Abbas Lisani rejimin məhkəməsində türkcə özünü müdafiə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim 2019-cu il mart ayının 10-da tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini yenə mühakimə edib. Fəal bunun üçün Ərdəbildə zindandan rejimin prokurorluğuna aparılıb.

Azərbaycanlı fəal prokurorluğa aparıldığı zaman məhbuslara məxsus geyimi geyməkdən imtina edib və bunun insana hörmətsizlik olduğunu qeyd edib. Rejiminn həbsxanasının məsulları isə fəalın əlləri və ayaqlarını qandallı şəkildə prokurorluğa aparıblar.

Abbas Lisani yenə də özünü Azərbaycan türkcəsində müdafiə edib. Rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasını qanunsuz hesab edən fəal dindirmə zamanı suallara cavab verməkdən imtina edib.

Rejimin Ərdəbildə yerləşən prokurorunun müavini Nonəhal azərbaycanlı fəalın ittihamlarla bağlı sözlərini dinləyib. Onun sözlərinə görə, artıq bu son mərhələdir, fəalın dosyesi iddianamədə qeyd olunan “Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək və milli təhlükəsizliyə qarşı təhdid yaratmaq”, “Qanunsuz qrup yaratmaq” və “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Abbas Lisani yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində qiyabi şəkildə mühakimə edilib. İndi isə fəalı şərləyərək, ona qarşı əsassız ittihamlar irəli sürülüb.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın