Cümə axşamı , Aprel 18 2024
azfa

Tanınmış azərbaycanlı fəal Abbas Lisaninin ailəsinə də təzyiqlər artdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı fəal Abbas Lisaninin ailəsinə də təzyiqlər artıb. Dünən mart ayının 11-də rejim Abbas Lisaninin oğlu Əli Lisanidən SMS-lə tələb edib ki, Əsnaf Nəzarət Yoxlama Palatasına müraciət etsin və onun mağazası da bağlanacaq.

Qeyd edək ki, bundan öncə də azərbaycanlı fəalın oğlu mağazasının bağlanması ilə hədələnmişdi. 9 dekabr 2018-ci ildə də ondan istənilmişdi ki, mağazada xarab olan materiallar çıxarılsın. Çünki mağaza polomblanacaq.

Lakin azərbaycanlı fəal və oğlu mağazanın qanuni lisenziya ilə fəaliyyət göstərdiyini bildirmişdi. Cavabında isə bildirmişdilər ki, yuxarıdan onlara mağazanı bağlamaqla bağlı tapşırıq verilib. İndi isə Abbas Lisaninin yaxalandığı bir vaxtda rejim beləliklə onun ailəsinə də təzyiq göstərir.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın