Cümə , Aprel 19 2024
azfa

Tanınmış azərbaycanlı idmançı Kərim İsmayılzadə zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxaladığı tanınmış azərbaycanlı idmançı və fəal Kərim İsmailzadə (Kərim Boksçu) rejimin Təbrizdəki zindanından vəsiqə qarşlığında zaminə buraxılıb.

Təbriz sakini olan azərbaycanlı fəalın bir neçə gün saxlandıqdan sonra fevralın 29-da mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Tanınmış idmançı rejimin kürləşdirmə məqsədilə Qərbi Azərbaycana təyin etdiyi kürd vali Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında rejimin ETTELAAT İdarəsi tərəfindən yaxalanıb. O şərlənərək “ictimai rəyi təhrik etmə”də ittiham olunub.

Qeyd edək ki, tanınmış idmançı bundan əvvəl Azərbaycan əhalisini zəlzələ bölgəsinə yardım etmək, Qərbi Azərbaycanda seçkilərdə aktiv olmaq, eləcə də ana dilini müdafiə etmək məqsədi ilə səhifələrində türkcə kitablar paylaşmaq və azərbaycanlı yazıçalara dəstək verməyə çağırmışdır. Antiazərbaycan M.Şəhriyarı isə Azərbaycanın milli mənafeyini dəstəkləyən jurnalistlər və fəalları bu şəkildə şərləyərək həbs etdirir.

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın