Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Tatar deputat türk yurdu Krımın qaytarılmasının yolunu açıqladı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Krım-Tatar Xalq Məclisinin deputatı Mustafa Cəmil türk yurdu Krımın qaytarılması məsələsilə bağlı deyib ki, hərb yolla Krımın Ukraynanın tərkibinə qatılması hazırda Kiyev üçün qeyri-mümkün görünür.

O bildirib ki, Ukrayna hakimiyyəti yarımadanın qaytarılması üçün yalnız diplomatik yollardan istifadə edəcəyi ilə bağlı deklarasiya qəbul edib.

“Hərbi yol hazırda bizim üçün qəbuedilməzdir”, – deyə tatar deputat bildirib.

Cəmil əlavə edib ki, Kiyev bütün dünyanın, beynəlxalq təşkilatların Rusiyaya təzyiq etməsi üçün yollar arayır.

Qeyd edək ki, Krım yarımadası tatar türklərinin ana vətənidir və Rusiya bu bölgəni işğal etdikdən sonra tatar türklərinin əksərini bu əzəli türk yurdundan surgün edib. Hazırda isə Rusiya Krım Yarımadasını Ukraynadan öz ərazisinə ilhaq edib.

 

Həmçinin yoxlayın

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Güney Azərbaycanın Sayınqala bölgəsində Azərbaycan türkcəsində yazılmış lövhələr yığışdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin əlaltıları Güney Azərbaycanın Sayınqala bölgəsində …

Bir cavab yazın