Tatarıstan prezidenti Azərbaycana səfərə gələcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tatarıstan Prezidenti Rüstəm Minnexanov bu ilin oktyabr ayında Azərbaycana işgüzar səfər etmək niyyətindədir.

Bunu Tatarıstan prezidentinin mətbuat katibi Liliya Qalimova bildirib.

“Hazırda Tatarıstanın Azərbaycanla ticarət dövriyyəsi 58 milyon ABŞ dolları həcmindədir. Bu, çox kiçik rəqəmdir, əlaqələrimizin yaxşı dövrlərində həmin göstərici 200 milyon dollara çatıb. Prezident Minnexanovun Bakıya oktyabr ayının ikinci yarısına nəzərdə tutulmuş səfəri zamanı qarşılıqlı əməkdaşlığın inkişafını müzakirə etməklə bağlı razılıq əldə olunub”.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın