Tehranın şərqində nüvə təsisatının yerləşdiyi Parçində güclü partlayış baş verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin gizli saxladığı Tehranın şərqində nüvə təsisatının yerləşdiyi Parçində gecə yarısı güclü partlayış baş verib.

Güclü səslə müşayiət olunan partlayışdan meydana gələn alov paytaxtın bir çox bölgəsindən müşahidə edilib.

İrqçi fars rejimin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Davud Əbdi faktla bağlı bildirib ki, hadisə axşam saat 00:30-da Parçin bölgəsində qaz çəninin partlamasından meydana gəlib və alov artıq yanğınsöndürənlər tərəfindən söndürülüb. O, partlayış nəticəsində ölən və ya yaralanın olmadığını deyib.

Terrorçu Sepahda da çaşqınlıq baş verib və hadisə ilə bağlı zidiyyətli məlumatlar yayıblar. Lakin Tehranın Parçin bölgəsində İran rejimi Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyin monitoring qrupunu burax nüvə təsisatlarının yerləşdiyi hamıya məlumdur. Bu partlayışın da orada baş verdiyi bildirilir.

Qeyd edək ki, Parçində İran Müdafiə Nazirliyinə məxsus mərkəzlər yerləşir və bundan önvcə də burada partlayışlar olub.

Tehranın Parçin bölgəsində nüvə təsisatında partlayış

Publicerat av Ali Huseyn Fredag 26 juni 2020

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın