Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Terrorçu kürdlər Tikantəpədə Azərbaycanın Novruz simvolunu dağıtdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir və terrorçu kürdlər Güney Azərbaycanın Tikantəpə (Tikab) şəhərində Azərbaycanın Novruz simvolu olan “Təkəm” simvolunu dağıtdılar. Terrorçu kürdlərin bu işi sığındıqları Azərbaycanla düşmənçilik zəminində həyata keçirilib.

Bu məqsədlə vaxtilə Azərbaycana köçən və işğalçı fars rejimin himayəsilə Tikantəpə şəhərinin bələdiyyəsinə təyin edilən iki terrorçu kürdün təzyiqi ilə Azərbaycan türklərinin Novruz simvollarından olan “təkəm” abidəsi dağıdılaraq şəhərdən götürülüb.

Qeyd edək ki, mühacir İraq kürdləri Azərbaycana köçəndən sonra yerli azərbaycanlılarla düşmənçiliyə başlayıb və Azərbaycana qarşı ərazi iddiası irəli sürürlər. İşğalçı fars rejim də həmin kürdləri Azərbaycana qarşı dəstəkləyib və Azərbaycanın Tikantəpə şəhərinin də adını dəyişərək Tikab qoyub.

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Bir cavab yazın