Cümə , Aprel 19 2024
azfa

Terrorçu PKK-nın lideri Cəmil Bayık məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu PKK lideri Cəmil Bayık Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində öldürülüb.

Bu barədə “avazturk.com” məlumat yayıb.

Məlumata görə, Türkiyəyə məxsus dron C.Bayıkın olduğu avtomobili İran sərhədi yaxınlığında 29 dəqiqə izlədikdən sonra uğurlu atış icra edib:

“Terrorçu maşından qaçaraq canını qurtarmağa çalışsa da, növbəti atışla məhv edilib. Ətrafdakılar parçalanan cəsədi digər bir avtomobilə yığaraq ərazidən uzaqlaşıb. Həmin maşın da 32 dəqiqəlik müşahidədən sonra dəqiq atışla məhv edilib”.

Əməliyyatda Bayıkla yanaşı, xeyli terrorçunun da öldürüldüyü bildirilib.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın