Çərşənbə , Aprel 24 2024
azfa

Terrorçu Sepah azərbaycanlı jurnalist Məlihə Bərqi Sedqianini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepah qurumu azərbaycanlı jurnalist və milli-mədəni fəal Məlihə Bərqi Sedqiani həbs edib.

“Urmu Yazarları Birliyi”nin üzvü olan M.Sedqiani terrorçu Sepahın Kəşfiyyat İdarəsi tərəfindən yaxalanıb.

Terrorçu Sepah qurumu azərbaycanlı xanım fəalı şərləyərək, ona qarşı ictimai asayişi pozmaq ittihamı irəli sürüb. Fəalın harada və hansı şəraitdə saxlandığı, eləcə də sağlamlıq durumu ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, son dövrlərdə irqçi fars rejimin azərbaycanlı fəallara və jurnalistlərə qarşı təzyiqlər artmaqdadır. Xüsusilə qeyri-yerli və kürd vali M.Şəhriyarı azərbaycanlı fəal və jurnalistləri həbs etdirir.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın