Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Terrorçu Sepah məhəllələrdə əhalini daha artıq nəzarətdə saxlamaq üçün xüsusi dəstələr yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu Sepah şəhərlərdə ictimai asayişi qoruma bəhanəsilə əhalini daha artıq nəzarət altına almağa çalışır.

Bununla bağlı terrorçu Sepahın “Məhəmməd Rəsulullah” Qərargahının komandanı Məhəmməd Yəzdi iddia edib ki, Tehranın bütün məhəllələrində “zərbə qrupları” adlı xüsusi təyinatlı dəstələr formalaşdırır. Həmin qerup isə “Bəsic Qüvvələri”nin bazalarının imkanlarından istifadə etməklə yaradılıb.

Terrorçu təşkilatın komandanı iddia edib ki, bu dəstələr məhəllələrdə oğurluq, soyğunçuluq və xuliqanlıqla mübarizə aparacaqlar. Halbuki, İran qanunlarına əsasən, məhəllələrdə təhlükəsizliyi təmin etmək polisin səlahiyyətinə daxildir.

Qeyd edək ki, beləliklə irqçi fars rejim əhalinin ehtimal edilən etirazlarını yerində boğmaq məqsədilə terrorçu Sepahı məhəllələrdə dəstələr şəklində əhaliyə nəzarətçi qoymaq istəyir.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın