Cümə axşamı , Mart 28 2024
azfa

Terrorçu Sepah qüvvələri azərbaycanlı fəal Əmin Vəlizadəni həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepah qüvvələri Güney Azərbaycanın Salmas şəhərinin sakini olan azərbaycanlı milli-mədəni fəal Əmin Vəlizadəni yaxalayıb.

Azərbaycanlı fəalın fevralın 29-da yaxalandığı bildirilir.

Məlumata görə, rejimin terrorçu qüvvələri həmçinin fəalın evinə hücum edərək axtarış aparıb və ona məxsus şəxsi əşyalar, o cümlədən kompüter və mobil telefonunu özləri ilə aparıblar.

Azərbaycanlı fəal Əmin Vəlizadənin nə səbəbdən yaxalandığı və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

Həmçinin yoxlayın

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb

GADTB: Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb. Güclü külək Urmiya …

Bir cavab yazın