Şənbə , Aprel 20 2024
azfa

Terrorçu YPG-ni dəstəkləyən ABŞ Türkiyə qarşısında geri çəkilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Vol Strit” jurnalında Qordon Lobold və Nensi Yoossef imzası ilə yayımlanan məqalədə qeyd edilib ki, ABŞ rəsmiləri Türkiyənin Fəratın şərqinə doğru hərbi əməliyyat başladacağından dolayı narahatdır.

Bildirilib ki, ABŞ NATO müttəfiqi ilə qarşıdurmaya getməmək üçün bölgədən çəkiləcək və nəticədə İŞİD-lə mübarizə sona çatacaq:

“ABŞ dairələri bu həftə Türkiyənin Suriyanın şimal-şərqinə ordu yeridəcəyi ilə bağlı əsaslı sübutlar olduğunu bildirir, belə olacağı təqdirdə amerikalı hərbçilər üçün riskli vəziyyətin yaranacağını qeyd edirlər”.

Bundan əlavə, iddia edilir ki, Türkiyə gələcəkdə YPG-dən təmizlənəcək ərazilərə 2 milyona yaxın qaçqın yerləşdirməyi hədəfləyir.

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın