Cümə axşamı , Aprel 18 2024
azfa

Tikantəpədə terrorçu PJAK simvoluna etiraz edənlərin hamısı imam cümədən başqa məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Qərbi Azərbaycan vilayətinin Tikantəpə şəhərinin yerli olmayan bələdiyyə başçısı Naseh Məhəmədxaninin şikayəti əsasında Tikantəpədə terrorçu PJAK simvoluna etiraz edənlərin hamısı imam cümə Bəradəridən başqa məhkəməyə çağırılıb.

Artıq öz şəhərlərində terrorçu PJAK simvolunu istəməyən 12 tikantəpəli qeyri-yerli və Divandərə kürdü olan bələdiyyə başçısı tərəfindən məhkəməyə çağırılıb. Bu isə məntiqi olaraq o deməkdir ki, rejimin məhkəməsi terror təşkilatı PJAK-ın göstərişi ilə işləyib və həmin terror təşkilatının Azərbaycan şəhərlərinə hakim olmasını təmin etməyə çalışır. Bu istiqamətdə isə PJAK-çı bələdiyyə başçısı Naseh Məhəmədxaninin göstərişi ilə məhkəmə terrorçu PJAK-ın simvolunun şəhərə quraşdırılmasını istəməyənləri cəzalandırır.

Artıq rejimin Tikantəpədə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi Saib Nəhavəndi Tikantəpə, Yavərəli Qəmərniya, Əli Hidayəti, Vəhid Sədri, Ramin Rzayi, Mehdi Rzayi, Abdulla Əflaki, Həmid Eyvəzi, Hadi Şəhbazi, Murtaza Neysani, Məcid Zahidpur və Nəvvab Cahanini məhkəməyə çağırıb. Yalnız terrorçu PJAK simvoluna qarşı çəxan Tikantəpə imamcüməsi Bəradəri məhkəməyə çağrılmayıb.

İş o yerə çatın ki, divandərrə kürdlərindən olan və qatı PJAK tərəfdarı olan bələdiyyə başçısının şikayəti ilə məhkəmə tikantəpəli gənclərin bələdiyyə başçısını təhqir etmək və ictimai asayişi pozmaqda ittiham edib. Bu isə açıq şəkildə rejimin məhkəməsinin PJAK terror təşkilatını dəstəkləyib Azərbaycan şəhəri Tikantəpəyə hakim etmək deməkdir.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın