Şənbə , Aprel 20 2024
azfa

Tikantəpəlilər farslar tərəfindən mədənlərinin talanmasına etiraz edir- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə (Tekab) bölgəsində əhali Azərbaycan mədənlərinin farslar və isfahanlılar tərəfindən talanmasına etiraz olaraq aksiya keçiriblər.

Bu məqsədlə bir qrup Tikabtəpə sakini bölgənin qızıl mədənlərinin farslar tərəfindən talan edilməsinə və məntəqənin ətraf mühitinin çirkləndirilməsinə göz yumulmasına etirazlarını bildiriblər.

Qeyd edək ki, Tikantəpədə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəni mövcuddur. Lakin irqçi fars rejimin ayrıseçkilik siyasətləri nəticəsində bu qızıl mədənlər farslar yaşayan bölgələrə daşınır və bölgəyə ekoloji fəlakətdən başqa heç nə qalmır. Tikantəpəni bölgəsində münasib yol belə mövcud deyildir.

Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən çıxarılan xam məhsulu ölkənin mərkəzinə göndərirlər və nəticədə həmin sərvətlər farslara nəsib olur.

Tikantəpədə əhali Azərbaycanın yeraltı sərvətlərinin talanmasına etiraz edir

Publicerat av Ali Huseyn Måndag 7 september 2020

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın