“Total” irqçi fars rejimin neftindən imtina etdiyini bildirdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, “Total” irqçi fars rejimin neftindən imtina etdiyini bildirdi. Bu barədə şirkətin rəhbəri Patrik Pyuyanne deyib. Onun sözlərinə görə, şirkət İrana qarşı tətbiq edilən sanksiyalara uyğun olaraq artıq bir neçə aydır ki, bu ölkədən neft alışını dayandırıb.

“Biz iyul ayından etibarən neft alışını dayandırmışıq. Baxmayaraq ki, formal olaraq bunu noyabra qədər edə bilərdik”,- deyə şirkət rəhbəri vurğulayıb.

O bildirib ki, hazırda bazarda təklif çoxdur:

“Həmçinin, dünyada neft ehtiyatı artır. Əgər nftin qiyməti yüksəkdirsə, bu, tələb-təklif balansına görə deyil, siyasi səbəblərlə bağlıdır. Hər bir “tvit”lə qiymət arıtr”.

Xatırladaq ki, İran adlanan ölkəyə qarşı noyabrda yeni sanksiyalar tətbiq ediləcək.

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın