Cümə axşamı , Aprel 25 2024
azfa

Tramp ABŞ-ın İraqdakı səfirliyinə hücuma görə irqçi fars rejimi günahlandırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp irqçi fars rejimə bağlı terrorçu Həşdişəbinin Bağdadda ABŞ səfirliyinə hücum etməsinə münasibət bildirib.

Tramp “Twitter” səhifəsində yazıb ki, İran İraqda bir amerikalı mühəndisi öldürüb, çox saylı yaralı var.

ABŞ Prezidenti İranın İraqdakı bu addımına sərt reaksiya verildiyini və hər zaman da sərt reaksiya veriləcəyini vurğulayıb: “İran indi ABŞ-ın İraqdakı səfirliyinə hücum təşkil edir. Bu hücuma görə İran məsuliyyət daşıyacaq. İraq təhlükəsizlik qüvvələrinin ABŞ səfirliyini qorumasını gözləyirik”.

Xatırladaq ki, ABŞ Kərkük yaxınlığındakı bazasına raket zərbəsi nəticəsində bir amerikalı hərbçinin ölməsinə cavab olaraq dekabrın 29-da “Hizbullah”ın İraqdakı qolu olan “Xətaib Hizbullah” qruplaşmasının bazalarını bombalayıb. Qırıcı təyyarələrdən endirilən zərbə nəticəsində  “Xətaib Hizbullah”ın ən azı 25 döyüşçüsü öldürülüb, 55 nəfər yaralanıb. Ölənlərin arasında qruplaşmanın dörd komandiri də var.

Bu gün ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında Həşdişəbi terrorçuları etiraz aksiyasına başlayıb. Aksiya iştirakçıları dekabrın 29-da ABŞ hərbi qüvvələrinin İraqda İrana bağlı “Xətaib Hizbullah” qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildiriblər. Aksiyanın gedişində səfirlik boşaldılıb və terrorçu Həşdişəbi üzvləri səfirliyin binasına daxil olublar.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın