Cümə axşamı , Mart 28 2024
azfa

Tramp lazım gəlsə ABŞ-ın Yaxın Şərqə əlavə qoşun göndərəcəyini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton hazırda İrana görə Yaxın Şərqə əlavə hərbi kontingentin göndərilməsinə ehtiyac görmür, amma belə qərar qəbul edilə bilər.

“Mən düşünmürəm ki, bu, bizə lazımdır… Əgər bu lazım olarsa, əlbəttə, qoşunları göndərəcəyəm. İran çox pis və təhlükəli oyunçudur. Bu terror ölkəsidir və biz bununla barışmayacağıq”, – prezident deyib.

Qeyd edək ki, İran ətrafında vəziyyət Vaşinqtonun Fars körfəzinə hərbi donanma göndərmək barədə qərarından sonra gərginləşib. Vəziyyətin kəskinləşməsi fonunda ABŞ daha əvvəl Fars körfəzinə ən azı yeddi hərbi gəmi və ona yaxın “Patriot” zenit-raket kompleksini çatdırıb.

Ötən gün öz mənbələrinə istinadən “Fox News” telekanalı bildirib ki, Pentaqon Yaxın Şərqə daha minlərlə hərbçinin göndərilməsi ilə bağlı planını Ağ Evə təqdim edəcək. Məlumata görə, söhbət on min hərbi qulluqçunun göndərilməsindən gedir. Telekanalın mənbələri həmçinin qeyd edirlər ki, “Patriot” və hərbi gəmilərdə yerləşdirilən raket-zenit komplekslərinin genişləndirilməsi plana daxildir.

Bildirililir ki, qəti qərar hələ qəbul edilməyib, Ağ Evin planı tamamilə və ya qismən təsdiq edəcəyi məlum deyil.

Öz növbəsində, İran İslam İnqilabı Keşikçilər Korpusunun komandanının müavini Əli Fadavi bildirib ki, İranın Silahlı qüvvələri Yaxın Şərqdə ABŞ-ın hərbi gəmilərinin hərəkətlərinə nəzarət edir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın