Cümə axşamı , Mart 28 2024
azfa

Tramp ticarət bəhanəsilə uyğur türklərinə görə Çinə tətbiq edilən sanksiyaları təxirə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Donald Tramp Çinlə ticarət anlaşması bəhanəsilə uyğur türklərinə zülmlə bağlı Çinə tətbiq edilən sanksiyaları təxirə salıb.

Tramp bu qərarın hazırda Vaşinqton və Pekən arasında gedən ticarət danışıqları ilə bağlı olduğunu bildirib. O bu sanksiyaların həmin danışıqlara mane olmaması üçün hələlik bu sanksiyaları təxirə saldığını açıqlayıb.

Qeyd edək ki, uyğurların vətəni Şərqi Türküstanı işğal edən Çin kommunist rejimi burada uyğur türklərini ən qəddar üsullarla soyqırıma məruz qoyub bir millət kimi həm fiziki, həm də mənəvi olaraq məhv etməyi qarşıya məqsəd qoyub. İranın irqçi fars rejimi də müsəlmanların himayədarı kimi özünü qələmə verib, əslində müsəlmanların qatili olan rejimlər, o cümlədən Çinlə strateji müttəfiqlik edir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın