Trampın Türkiyəni iqtisadiyyatı inkişaf etmiş ölkə hesab etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp Türkiyəni inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulan güzəştli proqramdan çıxarıb. Bu barədə Tramp özü açıqlama verib.

Tramp qeyd edib ki, Türkiyə iqtisadi baxımdan bu proqramda nəzərdə tutulan səviyyədən daha üstün mövqeyə qalxıb. Tramp martın 4-də Konqresi sözügedən məsələ barədə məlumatlandırdığını, lazımi prosedurlar görüldükdən sonra Türkiyənin inkişaf etməkdə olan ölkələrə tətbiq edilən güzəştli GTS proqramından çıxarıldığını deyib.

Ağ Ev rəhbəri qərarın 17 maydan etibarən qüvvəyə mindiyini bəyan edib.

Tramp həmçinin Türkiyədən polad idxalına tətbiq edilən 50 faizlik rüsumu 25 faizə endirib.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın