Cümə axşamı , Mart 28 2024
azfa

Trampın Türkiyənin F-35 təyyarələrin gövdəsini istehsal etdiyini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Donald Tramp F-35 qırıcı təyyarələrinin ana gövdəsinin Türkiyədə istehsalının davam etdiyini açıqlayıb.

“Fox Business” telekanalına verdiyi müsahibədə Donald Tramp gündəmi qiymətləndirərək deyib:

“ABŞ-ın tədarük zənciri baxımından Çin və digər ölkələrə asılılığı olmamalıdır. Bütün məhsullarımızı ABŞ-da istehsal etməliyik. Dünyanın ən yaxşı döyüş təyyarələrinin əsas gövdəsi Türkiyədə istehsal olunur və Türkiyədən göndərilir. İndi prezident Ərdoğan ilə yaxşı münasibətlərimiz var, amma olmayacağı təqdirdə vəziyyət necə olacaq? Sizə ehtiyat hissələrini vermirik dedikləri vaxt nə edəcəyik?”

Qeyd edək ki, ABŞ rəhbərliyi Türkiyənin S-400 raketdən müdafiə sistemini almasından sonra Türkiyənin 2002-ci ilin iyun ayından bəridir rəsmi  ortağı olduğu F-35 proqramından çıxarılacağını açıqlamışdı. Buna rəğmən Trampın Türkiyənin hələ də F-35 hissələrini istehsal etdiyini söyləməsi qarışıqlığa səbəb oldu.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın