Cümə axşamı , Aprel 25 2024
azfa

Traxtur klubunun sahibi İran futbolunda korrupsiyanın olduğuna etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Traxtur futbol klubunun sahibi Məhəmmədrza Zunuzi İran televizasiyasında ölkənin futbolunda mütəşəkkil korrupsiya və ayrıseçkilik olduğunu bildirib.

Güney Azərbaycanda və ölkənin digər türk bölgələrində populyar komanda olan Traxtur klubunun sahibi İran televizisiyasının “Formula 1” adlı proqramında Traxtur komandasının çempion olmasına mane törədildiyini bildirib.

O deyib ki, İran futbol liqasında birinci və ikinci yer öncədən təyin edilir və digər komandalar üçüncü və sonrakı yerlər üçün mübarizə aparır.

Zunuzi futbolda hakimlərin qərəzli olduqlarını irəli sürərək deyib: “Bizim məğlubiyyətlərimizin səbəbi nədir? Videoları izləyin, mən demirəm ki, futbol hakimliyində xüsusi bir olay baş verir, amma inanıram ki, əgər br yerdən sifariş olunmasa belə tərəf saxlamaq var. Futbolda mütəşəkkil korrupsiya barədə danışıram və bunun üçün dəlillərim var.”

Traxtur klubunun sahibi əlavə edib: “İnanıram ki, Traxtur tərəfdarlarının sayı Tehranın komandalarının tərəfdarlarından daha çoxdur, onlar qədər Traxtura da dəyər versinlər.”

Həmçinin yoxlayın

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Bir cavab yazın