Traxtur tərəfdarları stadionda rejimin həbs etdiyi Abbas Lisaniyə azadlıq tələb etdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən təbrizdə keçirilən yarışda Traxtur futbol komandasının tərəfdarları irqçi fars rejimin həbs etdiyi Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisaniyə azadlıq tələb ediblər.

Azərbaycanlı fəallar bu məqsədlə Traxtur komandası ilə Pars Cənubi komandası arasında Təbrizin Səhənd stadionunda keçirilən yarışda Abbas Lisaniyə azadlıq tələb edərək, üzərinə Türk və ingilis dillərində “Abbas Lisanini azad edin!” şüarı yazılmış plakat qaldırıblar. Beləliklə, onlar Abbas Lisaninin azad edilməsini tələb ediblər.

Yarışda həmçinin bəzi rərəfdarlar Barselona futbol komandasının tərəfdarlarının açdığı plakatla oxşar məzmunda plakat qaldırıblar. Həmin plakatların üzərində “Yalnız diktatorlar sülhsevər siyasi rəhbərləri həbs edirlər” cümləsi yazılıb. Bu məzmunda yazı iki gün öncə Barselona tərəfdarlarının qaldırdıqları plakat üzərində yazılmışdı.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın