Traxtur tərəfdarlarının Türkiyəyə dəstək üçün əsgər salamı verməsi türk mətbuatında geniş əks etdirildi- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 2019-cu il noyabrın 1-də Təbrizin Səhənd stadionu və ətrafında 100 minə yaxın Traxtur tərəfdarının Türkiyəyə terrorla mübarizədə dəstək məqsədil əsgər salamı verməsi geniş şəkildə əks etdirildi.

Anadolu Xəbər Agentliyi və başqa mətbuat orqanları Güney Azərbaycanın Traxtur futbol komandası ilə Tehranın İstiqlal komandasının qarşılaşması zamanı baş vermiş bu möhtəşəm hadisəni geniş şəkildə yaymışlar.  

Anadolu Dövlət Agentliyi yazıb ki, komandanın bir çox tərəfdarı yarış başlamadan öncə türk əsgərinə əsgər salam verib, şəkillər çəkərək, görüntülərini yaymaqla PKK / YPG terror qruplaşmalarına qarşı əməliyyat keçirən türk ordusuna dəstək göstəriblər.

Anadolu Xəbər Agentliyindən başqa “Haberlər”, “aHaber”, “Haber Türk”, “Sözcü”, “NTV”, “Yeni Şafak”, “Son dakika”, “Time Türk”, “Takvim”, “Daily motion” saytının türkcə bölümü, “Türk Time Spor” və  s. xəbər agentlikləri bu xəbəri geniş yaymışlar.

Qeyd edək ki, Traxtur tərəfdarlarının bu addımı həm də irqçi fars rejimin dəstəyi ilə kürd terror tərəfdarlarının müxtəlif şəhərlərdə terrora dəstək aksiyasına etiraz xarakteri daşıyıb.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın