Cümə axşamı , Aprel 18 2024
azfa

Traxurla Mis komandasının yarışında “Bu torpaqdan pay olmaz- Urmu Kürdüstan olmaz”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizdə Güney Azərbaycanın Traxtur komandası ilə Kermanın Mis komandası arasında keçirilən yarışda Traxtur tərəfdarları “Bu torpaqdan pay olmaz-Urmu Kürdüstan olmaz” şüarı səsləndiriblər.

Keçirilən yarış 4-1 hesabı ilə Traxtur komandasının xeyrinə sona çatıb.

Traxturun qolları 32-ci dəqiqədə Məhəmmədrza Xanzadə, 42-ci dəqiqədə Əşkan Dejaqe, 44-cü dəqiqədə (penalti zərbəsi) Rza Əsədi və 77-ci dəqiqədə Səid Mehri tərəfindən vurulub. Oyunun 59-cu dəqiqəsində isə Bəhram Fərroxi Traxturun qapısına qol vurub.

Traxturun yarışında bu torpaqdan pay olmaz-Urmu Kürdüstan olmaz şüarı

Publicerat av Ali Huseyn Onsdag 19 februari 2020

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın