Cümə axşamı , Aprel 18 2024
azfa

Türkə qarşı İran bütün səviyyələrdə terrorizmi dəstəklədiyini sübut etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran dövləti türkə qarşı istənilən qüvvəni və hətta bütün gücü ilə terrorizmi dəstəklədiyini açıqcasına nümayiş etdirdi.

Güney Azərbaycan şəhərlərində Xocaslı soyqırımını törədənləri pisləyənlərə divan tutan irqçi fars rejim Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatına başlayandan kürdləri təşkilatlandıraraq terrorizmə dəstək mitinqləri keçirir. Bu alçaqlıqla kifayətlənməyən İran rəhbərliyi Türkiyənin Suriyanın şimalındakı terror dəhlizinə qarşı başlatdığı “Sülh Çeşməsi” (Barış Pınarı) əməliyyatı İranda cümə xütbələrində hədəf alınıb.

Seyid Əli Xameneinin əyalət nümayəndələri olan imamcümələri  cümə namazı xütbələrində əməliyyatı tənqid edərək, rəsmən türkə qarşı terrorizmi himayə ediblər.

Xütbə oxuyan imamlardan biri daha irəli gedərək əməliyyatı “monqolvari hücum” adlandırıb.

Əhməd Hatəmi (Tehran): “Türkiyənin bu cəhdi müstəqil bir dövlətə hücumdur. İran dövlətinin mövqeyi hücumların dərhal dayandırılması və Türkiyənin Suriya torpaqlarından çəkilməsidir”.

Məhəmmədəli Əli-Haşim (Təbriz): “Türkiyədən Suriyanın sərhədlərinə və suverenliyinə hörmət etməsini istəyirik”.

Rəsul Fəlahati (Rəşt): “Türklər hələ də Osmanlı İmperiyasını dirçəltməyi xəyal edirlər, amma monqolvari hücumların dövrü keçmişdir”.

Məhəmməd Mehdi Hüseyni (Kərəc): “Türklər Osmanlı İmperiyasının xəyalı ilə ABŞ-ın meydanında oynamaqdadır”.

Məhəmməd Sağçıraği (Simnan): “Suriya öz ölkələrini yenidən inşa etməyə çalışarkən, Türkiyə bu ölkəyə hücumla xalqı narahat edir”.

Riyakar və antitürk mollalar antiterror əməliyyatının mahiyyətini də təhrif etməyə çalışırlar. Onlara deməkdır ki, Türkiyə ABŞ və kürd terrorçuların bayrağı dalğalandığı əraziyə hücum edib və bura artıq faktiki olaraq Suriya ərazisi deyil. Türkiyə isə terrorçuları buradan çıxarıb həmin ərazini suriyalılara qaytarmaq üçün əməliyyata başlayıb.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın