Şənbə , Aprel 20 2024
azfa

Türk dilində milli televiziya kanalının yaradılması tələbı artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkədə ümumölkəni əhatə edən televiziya kanalının açılması üçün kampaniya başladılıb.

Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəngan və s. şəhərləri ilə yanaşı artıq, Tehran, Qum, Qəzvin və s. türk şəhərlərinin əhalisi də öz dillərində televiziya kanalının açılmasını tələb edirlər.

Bununla bağlı artıq bir qrup virtual şəbəkə istifadəçisi, “Farsnews”-da kampaniya başladaraq wmum[lk’ wzr’ türk dilində televiziya kanalının yaradılmasını tələb ediblər. Kampaniyada deyilir:

“Tehran, Kərəc, Qum, Qəzvin və digər mərkəzi əyalətlərdə yaşayan çox sayda vətəndaş türk dilində milli mediaya sahib olmaqdan məhrumdur.

Bu insanların çoxu fars dilini bilmir və fars dili ilə ümumiyyətlə əlaqəsi olmayan yaşlı insanlardırlar. Önlar radio və televiziyalarda gedən proqramlardan da istifadədə edə bilmirlər.

Xüsusilə bu karantin günlərində yaşlı insanlardan evdən çıxmamaları tələb edildiyi bir vaxtda, İranda yaşayan çoxsaylı türk əhalisi üçün türk dilində kanal yaratmağa ehtiyac daha çox hiss olunur.”

Türk dilində ümumölkə üzrə televiziya kanalı kampaniyası:

https://www.farsnews.ir/my/c/46024

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın