Türk donanması 40 limanda təlim keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusunun keçirdiyi “Mavi Vətən–2019” təlimləri çərçivəsində “TCG Kamal rəis” freqatı və “TCG İ.İnönü” sualtı qayığı Bolqarıstanın Varna limanına daxil olub.

Bu barədə Türkiyənin Sofiyadakı səfirliyindən informasiya yayılıb.

“Təlimlərə cəlb olunan qüvvələr tərəfindən 3 dənizdə 33 ölkədaxili və 7 xarici liman daxil olmaqla, ümumilikdə 40 liman ziyarəti həyata keçirilir”, – məlumatda bildirilib.

Qeyd edək ki, təlimlər martın 8-nə qədər davam edəcək.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın