Türk donanması İsrail gəmisini qovdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail və Cənubi Kiprdən olan mütəxəssisləri daşıyan İsrailin “Bat Qalim” adlı araşdırma gəmisi Türkiyə Hərbi Dəniz Donanmasına aid bir gəmi tərəfindən Şərqi Aralıq dənizindən çıxarılıb.

Bu barədə İsrailin “Kanal 13” telekanalının müxbiri Barak Ravid Tvitter hesabında yazıb.

Ravidin sözlərinə görə, Türkiyə donanmasına aid gəmi “Bat Qalimə” ərazidən uzaqlaşması barədə əmr verib. Müxbir iddia edir ki, hadisə zamanı gəmi Cənubi Kiprin ərazi sularında olub.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın