Şənbə , Aprel 20 2024
azfa

Türk donanması Qıbrısı mühasirəyə aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk donanması Qıbrısı mühasirəyə alıb. AB, ABŞ və Yunanıstan başda olmaqla, bir çox ölkənin Türkiyənin Qıbrısda təbii qaz axtarmasına qarşı çıxmasına baxmayaraq, qardaş ölkə “Barbaros”, “Fatih” və “Yavuz” gəmiləri ilə adanı mühasirəyə alıb.

Bu barədə Türkiyənin “Yeni Akit” nəşri yazıb.

Nəşrin məlumatına görə, Kipr sahillərində Türkiyənin təbii qaz və neft axtarışı fəaliyyəti bəzi ölkələrin narazılığına səbəb olub. Cənubi Kipr və Yunanıstan başda olmaqla, AB və ABŞ Türkiyənin bölgədəki fəaliyyətinin əleyhinə çıxıb. Qardaş ölkə isə bu barədə qəti mövqeyindən əl çəkməyib.

“Yavuz” və “Fatih” qazma gəmiləri ilə “Barbaros Xeyrəddin Paşa” seysmik araşdırma gəmisi Kipri bir növ mühasirəyə alıb . Cənubi Kipr tərəfi “Fatih” gəmisinin şəxsi heyəti ilə bağlı həbs qərarı qəbul etsə də, Türkiyə Silahlı Qüvvələri bununla bağlı zəruri tədbirlər görüb.

Belə ki, Türkiyənin Müdafiə Nazirliyi sözügedən gəmilərin səfərləri zamanı donanma və aviasiya vasitələri tərəfindən müşayiət olunduğunu açıqlayıb.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın