Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Türk dövləti Qazaxıstan latın əlifbasına keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstan cəmiyyəti tədricən latın əlifbasına keçəcək.

 Bu fikir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaevin “Komsomolskaya Pravda”ya müsahibəsində yer alıb. Qazaxıstan Prezidenti bu prosesin Nursultan Nazarbayev tərəfindən mənəvi modernləşmə konsepsiyasının bir hissəsi olaraq başlandığını və latın əlifabsının yalnız qazax dilinə təsir edəcəyini, rus dilinin vəziyyətinə təsir göstərməyəcəyini bildirib.

Ölkə başıçısı qazax əlifbasının modernləşdirilməsinin qazax dilinin ünsiyyət imkanlarını genişləndirəcəyini, eyni zamanda, Orta Asiya dövlətlərinin təcrübəsinin nəzərə alınacağını deyib.

Prezident Kasım-Jomart Tokayev ABŞ-ın Qazaxıstanda hərbi bazasının tikintisinin müzakirə edilmədiyini və gündəmdə olmadığını da açıqlayıb. Bildirib ki, enerji, investisiya, texnologiya kimi strateji sahələrdə Qazaxıstan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq uğurla inkişaf edir. Biz nüvə silahlarının yayılmaması və qarşısının alınması ilə bağlı daim əlaqə saxlayırıq.

Həmçinin yoxlayın

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Ermənilər sərhəddə bu əraziləri minalardan təmizləyir

GADTB: Erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha …

Bir cavab yazın