Türk Dünyası Film Festivalı koronavirusa görə təxirə salınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dünyası Film Festivalı koronavirusa görə təxirə salınıb.

Yeddi Türk Dövləti və Muxtar Respublikasının birgə təşkilatçılığı ilə 2020-ci ildə keçirilməsi planlaşdırılan Türk Dünyası Film Festivalı təxirə salınıb.

Festivalın 2021-ci ildə keçirilməsinə qərar verilib. Buna səbəb dünya miqyasında problemə çevrilmiş koronavirus pandemiyasıdır.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası və daha bir neçə türk muxtar dövlətlərinin film mütəxəssislərinin İstanbulda keçirilən toplantısında festivalın 2020-ci ildə keçirilməsinə qərar verilib. Bununla bağlı Təşkilat Komitəsi yaradılıb.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın