Cümə axşamı , Mart 28 2024
azfa

Türk düşməni terrorçunun terror əməlindən sonra Türkiyə rəsmiləri Yeni Zelandiyada

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Prezidentin köməkçisi Fuad Oqtay Yeni Zelandiyanın Kraystçerç şəhərinə səfər edib.

Türk nümayəndə heyətinin təyyarəsi yerli vaxtla 18:00-da hava limanına eniş edib.

Türk rəsmiləri hava limanında Türkiyə səfiri Əhməd Ərgin qarşılayıb. Çavuşoğlu və Oqtay burada Yeni Zelandiyanın Xarici İşlər naziri Uinston Peterslə görüşüblər.

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində silahlı şəxs məscidə hücum edib. Hücum nəticəsində son məlumata görə ölənlərin sayı 51 nəfərə çatıb.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın