GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi Özbəkistanın Fərqanə vilayətinin sakini evini təmir etdirərkən zirzəminin altından dinozavra bənzəyən heyvan skeleti tapıb.
Tapılan sümüklər göstərir ki, bu heyvanın güclü uzun ayaqları, iri başı, elastik onurğa sütunu, quyruğu və quş boğazına bənzər boynu olub.
Skeletin tapıldığı ev Fərqanədəki çöllüklər abadlaşdırıldığı vaxt – 1969-cu ildə tikilib. Ev tikilən zaman lazimi tikinti qaydalarına əməl edilməyib və skelet o zaman tapılmayıb.
Qeyd edilir ki, faktın təsdiqlənməsi üçün ekspertlərin köməyinə ehtiyac var. Ancaq arxeoloqlar bunun elmi izahını verməlidirlər.