Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Türk ordusu Əsəd qüvvələri və onların kənarında döyüşən sepah terrorçularına zərbələr endirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Silahlı Qüvvələri (TSK) Türkiyə sərhəd xəttində qaçqın şəhərciklərinin yerləşdiyi əraziləri vuran Bəşər Əsəd ordusuna qarşılıq verib.

Bu istiqamətdə türk topçuları “Fırtına” sistemləri ilə Əsəd ordusuna, eləcə də İranın terrorçu sepah qüvvələrinə zərbələr endirib.

Bu arada bəlli olub ki, Türk ordusu İdlib istiqamətinə silah cəmləşdirməyə davam edir. Tank və zirehli avtomobillər, habelə raket sistemlərini daşıyan konvoy İdlib istiqamətində hərəkət edib. Məlumata görə, silahlar şimaldakı türk əsgərlərinin mövqelərinə çatdırılıb.

Bəşər Əsədin İdlibin mərkəzini əldə etməsinin qarşısını almaq məqsədilə TSK fərqli yerlərə yayılaraq müvəqqəti postlar qurduğu deyilir.

Yerli qaynaqlar qeyd edirlər ki, TSK son olaraq Hələbin qərbindəki Darat Aziza qəsəbəsi yaxınlarında və İdlibin mərkəzinin şimal hissəsində-Termanində müvəqqəti postlar qurub.

Həmçinin yoxlayın

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

Bir cavab yazın