Şənbə , Aprel 20 2024
azfa

Türk ordusu Əsədin və İranın qüvvələrinə kəskin cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu İdlib şəhərində Bəşər Əsəd rejimi qüvvələri, eyni zamanda İran dəstəkli qruplaşmalara ağır zərbələr endirir.

Suriya Milli Ordusu daha əvvəl 2 dəfə ələ keçirib rusların ağır bombardmanından sonra geri çəkilmək məcburiyyətində qaldığı Neyrab qəsəbəsində hakimiyyətini bərpa edib.

Türk ordusunun top atışlarıyla birlikdə qəsəbəyə daxil olan müxaliflər ən az 50 rejim əsgərini zərərsizləşdirdikdən sonra bayraqlarını qaldırıb. Neyrabda öldürülənlər arasında rejimə sadiq general-mayor Sudair əl-Bari, general-mayor Kamal Yusif Cufful və polkovnik Şərəf Sümər Şaban da var.

Qəsəbədə SMO-ya bir müddət müqavimət göstərməyə çalışan rejimin 76-cı tuqayı müxaliflərin hücumundan sonra arxasına belə baxmadan qaçıb. Rusiyaya bağlı muzdlu döyüşçülərin komandanı Süheyl Həsənin istəyi ilə bölgəyə Sərakibdən yardım göndərilib. Lakin müxaliflər bu qüvvələri də aradan qaldırıb. Neyrabın alınması rusları sözün həqiqi mənasında, dəli edib. Onların döyüş təyyarələri gecə boyunca Neyraba bombalar yağdırıb, amma müxaliflər bu dəfə geri çəkilməyib.TSQ-nin müşahidə məntəqələri ilə rejim mövqeləri arasında qarşılıqlı top atışları olub.

Rejim ağır tus bombardmanından sonra ötən gün səhər saatlarında qəsəbəyə girmək istəyib. Müxalifllər gələn əlavə hərbi qüvvəyə bir daha zərbə vuraraq rejim ünsürlərini geri oturdub. Bölgədə ən az 12 rejim əsgəri ölüb, 2 tank və 1 zirehli piyada döyüş maşını məhv edilib. Yenə eyni saatlarda Sərakib yaxınlığında rejimə aid 5 tank yükləndikləri maşınlarla birlikdə zərərsizləşdirilib. Neyrabı ələ keçirən müxaliflər dünən günorta saatlarında Sərakibə doğru istiqamət götürüb. İlk olaraq San və Maared Aliya kəndləri alınıb. Təxribata qurban gedən rejim əsgərlərinin Maared Aliyadan qaçışları havadan görüntülənib.

Salihiyyə kəndində də əhəmiyyətli irəliləyiş əldə edən müxaliflər bölgədəki digər kəndləri rejimdən təmizləyib Sərakibi mühasirəyə almaq istəyir. Çünki Sərakib Dəməşq-Hələb əlaqələrini təmin edən M4 magistralı ilə Lazkiyədən Hələbə uzanan M5 magistralının birləşdiyi nöqtədə yerləşir.

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın