Cümə axşamı , Mart 28 2024
azfa

Türk ordusu 637 terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Sülh çeşməsi” hərəkatı çərçivəsində öldürülən PKK/YPG terrorçularının sayı 637-ə çıxıb.

Terrorçuların geniş silah-sursat anbarı yerləşən bölgəyə sızan Suriya Milli Ordusu ilə təsbit edilən mövqelərdəki terrorçular arasında döyüş davam edir. Terror ünsürləri Türkiyə Silahlı Qüvvələrinin dəstək ünsürləri ilə vurulur.

Döyüş səsləri Ceylanpınar bölgəsindən eşidilir.

Türk ordusu və Suriya Milli Ordusunun nəzarətində olan Təl Abyad və Rəsulayn şəhərlərində terrorçu liderlər mülki geyimdə aradan çıxmaq istəyirlər.

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı keçirdiyi “Sülh çeşməsi” (Parış pınarı) əməliyyatı 8-ci günündə planlaşdırıldığı kimi davam edir.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, oktyabrın 9-da başlanan əməliyyat çərçivəsində indiyə kimi 611 terrorçu zərərsizləşdirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan min kvadrat kilometrlik ərazinin terrordan təmizləndiyini açıqlayıb.

Şəhər mərkəzi terror təşkilatından təmizlənən Rəsulaynın sənaye zonası hesab olunan bölgəsində döyüşlər şiddətlənib. PKK/YPG-nin ciddi silah-sursat ehtiyatı olduğu bölgəyə sızan Suriya Milli Ordusu ilə terrorçular arasında şiddətli döyüşlər davam edir. Atışma səslərini Ceylanpınardan da eşitmək mümkündür.

Terrorçulardan təmizlənən Tel Abyad və ətraf ərazilərdə çox sayda silah-sursat ələ keçirilib.

Suriyanın hökumət güclərinin Münbiçdən sonra Rakkanın şimalındakı Ayn İsaya da girdiyi barədə məlumatlar var. Bundan başqa, Qamışlının bütün məktəbləri və hökumət idarələrində PYD/YPG bayrağının endirilərək Suriya bayrağı ilə dəyişdirildiyi iddia edilir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın