Türk ordusu hücum edən Əsədin qüvvələrinə əks hücuma keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk ordusu hücum edən Əsədin qüvvələrinə əks hücuma keçib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, “hücumlarla qətiyyətimizi sınayanlar xəta edir. Əməliyyatlarımızı davam etdirməkdə qətiyyətliyik”.

Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminin türk ordusuna hücumu haqqında danışan prezident bildirib ki, hücumdan sonra dərhal hərəkat başlanıb və 30-35 nəfər zərərsizləşdirilib: “Hücumun cavabını ikiqat verdik. Verməyə də davam edəcəyik. Hazırda F-16-lar bölgəyə aviazərbələr endirir. 40-a yaxın hədəfə doğru hərəkat davam edir. Hücumdan sonra Müdafiə nazirinə Ankarada qalması təlimatını verdim”.

Qeyd edək ki, bu gün İdlibdə Türkiyə ordusuna qarşı keçirilən əməliyyatda 4 əsgər şəhid olub, 9 yaralı var.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın