Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Türk ordusu İdlibə daxil oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə aid 330 maşınlıq konvoy Suriyanın İdlib şəhərinə daxil olub.

İdlibdə gərginliyin azaldılması məqsədilə bölgədəki müşahidə məntəqələrinə göndərilən silah və sursatları daşıyan konvoy Kafrlusen keçidindən giriş edib.

Konvoy son dövlərdə İdlibə göndərilən ən böyük hərbi yardımlardan biridir.

Qeyd edək ki, Bəşər Əsəd və İranla Rusiya İdlibdəki türk ordusunun mövqelərini intensiv atəşə tutur. Buna görə də TSQ mövqelərini gücləndirməyə başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 türk əsgərinin şəhid olduğu hücumları “yeni dövrün miladı” adlandırıb. Onun göstərişindən sonra ordunun Suriyadakı mövqeləri gücləndirilməyə başlanıb.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın