Cümə axşamı , Aprel 18 2024
azfa

Türk ordusu Rusiya, İran və Əsədin ordusunun hücumuna qarşı döyüşü dava etdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifləri türklərə aid müşahidə məntəqələrinin gerisinə çəkilməkdə təkid edən Bəşər Əsədə sadiq qüvvələrə qarşı ötən gün hərbi əməliyyat başladıb.

Koalisiya qüvvələrinin hazırkı məqsədi M4 və M5 magistral yolunun kəsişdiyi Sərakib rayonunu rejimin işğalından xilas etmək və türk müşahidə məntəqələrinin təhlükəsizliyini təmin etməkdir.

Hərəkat çərçivəsində Hələbin şimal-qərbindəki Nubl Zəhradakı rejim və İran dəstəkli terrorçu qruplaşmaların mövqeləri yaylım atəşləri ilə məhv edilib. Müxaliflər Əsədin anadan olduğu Qırdaha kəndinə 20 km məsafədəki Cəblədə yerləşən mövqeləri də hədəf alıb. Hərəkat İdlibə açılan qapı mövqeyindəki Neyraba doğru ötən gündən bəri istiqamətlənib. Maardəbsədə 6 top məhv edilib. Rejimə havada da gün işığı göstərilməyib. TSQ və müxaliflərin hərəkətlərini izləyən pilotsuz uçuş aparatları havada məhv edilib. Rejimin əlindəki 2 ədəd rus PUA-sı vurulub.

Müxalif qrupların qurduğu Suriya Milli Ordusu və Milli Qurtuluş Cəbhəsi komandanları ötən gün günorta saatlarında “işğal altındakı torpaqları xilas etmək məqsədilə İdlib ətrafında hərbi əməliyyat başladıldı” deyərək hərəkatın başlandığını elan edib. Rejim və İran dəstəkli qrupların Sərakibə gedən yolu kəsmək məqsədilə böyük ehtiyat qüvvələri yerləşdirdiyi Neyrabı təmizləmək üzrə həmin bölgəyə çox sayda hərbi qüvvə yerləşdirilib. TSQ-nin tank və top atışlarından sonra müxaliflər Sərakibin şimal-qərbindəki qəsəbəyə daxil olub. Şiddətli döyüşlərin yaşandığı qəsəbədə ən az 50 rejim əsgəri öldürülüb, 5 tank və 2 zirehli piyada döyüş maşını, 2 silahlı pikap və 1 top məhv edilib.

Rejim ünsürləri əməliyyatın başlandığı ilk saatlarda böyük təşviş yaşayıb. Onların telefon danışıqlarında “komandir ağacların arxasına qaçdı. Biz indi nə edəcəyik?” sözləri eşidilib. Qəsəbədə axşam saatlarında şiddətli döyüşlər gedib. Neyrabın şərqində rejimə qarşı yeni cəbhə açılıb. Koalisiyanın irəliləyişinin qarşısını almaq üçün ruslar Neyrab cəbhə xətlərini döyüş təyyarələri ilə bombalayıb. Daha sonra rus əsgərlər Neyrab və Sərakibi tərk edərək cənuba çəkilib.

Müxaliflər rejim qüvvələrinə ağır zərbələr endirərkən TSQ-nin Kumeynas bölgəsindəki müşahidə məntəqəsinə hücum təşkil edilib. Nəticədə 2 türk döyüşçüsü həlak olub, 5-i yaralanıb. Bundan sonra türk ordusu İdlibin cənubunda daha 2 müşahidə məntəqəsi qurub.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın