Çərşənbə , Aprel 24 2024
azfa

Türk ordusu Suriyaya daxil oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Sülh bulağı” hərbi əməliyyatlarına start verib.

Bu barədə “Bloomberg” türk rəsmilərinə istinadən informasiya yayıb.

Agentliyin məlumatına görə, ordunun kiçik bir qrupu Tal Abyad və Ras əl-Ayn şəhərlərinə yaxın sərhəd boyu iki nöqtədən Suriya torpaqlarına daxil olub.

TRT xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bir neçə dəqiqə əvvəl əməliyyatla əlaqədar hələ hazırlıq işlərinin davam etdiyini açıqlamışdı.

Qeyd edək ki, Türkiyə ordusuna Azad Suriya Ordusunun Həmzə Tüməni ağır silahlarla dəstək verəcək.

Ceylanpınarda yerləşdiriləcək 14 min əsgər mərhələli şəkildə hərəkata qatılacaq.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın