Türk ordusu tәhlükәli terrorçuları məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyәnin Bitlis şәhәrindә keçirilәn әmәliyyat zamanı 2, Tüncelinin Ovacık qәsәbәsindә isә Daxili İşlәr Nazirliyinin ‘‘narıncı’’ siyahıda olan Hasan Ataş adlı terrorçu zәrәrsizlәşdirilib.

Daxili işlәr naziri Süleyman Soylu rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada  Bitlisdә 3 gün әvvәl 3 terrorçunun ölü olaraq әlә keçirildiyini, bu gün dә iki terrorçunun zәrәsizlәşdirildiyini bildirib.

Süleyman Soylu bölgәdәki әmәliyyatların davam etdirildiyini qeyd edib.

Daxili İşlәr Nazirliyi ‘‘narıncı’’ siyahıda olan bir tәhlükәli terrorçunun da zәrәsizlәşdirildiyini bildirib. Nazirlikdәn verilәn açıqlamada bölgәdә әmәmiyyatların davam etdirildiyi vurğulanıb.

Ölkә daxilindә vә sәrhәddәn kәnarda terrorçulara ağır zәrbәlәr endirәn tәhlükәsizlik qüvvәlәrinin keçәn ay hәyata keçirdiyi  әmәliyyatlar nәticәsindә 70 terrorçunu zәrәsizlәşdirib.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın