Şənbə , Aprel 20 2024
azfa

Türk ordusu terrorçulara qarşı yeni əməliyyat keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Haftanin bölgəsinə “Pəncə-Qartal” adı altında yeni hərəkatı başlayıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin tvitter hesabından verilən açıqlamada bildirilib ki, türk xalqını və hüdudlarının təhlükəsizliyini təhdid edən PKK, eynilə digər terror ünsürlərini zərərsizləşdirmək məqsədilə Hərbi Aviasiya Qüvvələri, ATAK helikopterləri, PUA və SPUA-larla dəstəklənən qoşunlar havadan hücum hərəkatı ilə bölgəyə gedib.

Qeyd olunub ki, havadan hücum hərəkatından əvvəl bölgədə yerləşdirilən topçu birliklər müəyyən edilən hədəfləri kəskin atəşə tutub.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın