Cümə axşamı , İyun 4 2020
azfa

Türk ordusu türkə qənim kəsilən çox sayda PKK terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ordusu türkə qənim kəsilən çox sayda PKK terrorçusunu məhv etdi. “Sülh çeşməsi” əməliyyatı bölgəsinin cənubunda Türkiyə Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edən PKK/YPG terror təşkilatının 10 üzvü zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi məlumatına görə isə Türkiyə təhlükəsizlik qüvvələri YPG/PKK terror təşkilatına 1-31 mart tarixlərində ağır zərbələr endirib.

Türkiyə təhlükəsizlik əməkdaşları mart ayı ərzində 111 terrorçunu zərərsizləşdirib. Bir çox şəhərlərdə aparılan əməliyyat çərçivəsində şübhəli bilinən 73 nəfər saxlanılıb.

Qeyd edək ki, yanvar ayından martın sonuna kimi 67 terrorçu Türkiyə tərəfinə könüllü şəkildə təslim olub.

Həmçinin yoxlayın

Təbrizdə tarixi Rəbirəşidi abidəsi ərazisi şühbəli şəkildə yandırıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən axşam saatlarında Təbrizdə yerləşən tarixi Rəbirəşidi abidəsi …

Türkiyənin dəstəklədiyi Liviya hakimiyyəti aeroportu azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Liviyada Türkiyənin dəstəklədiyi hökumət qüvvələri paytaxt Tripoli ətrafında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir